Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Matc.az xəbər verir ki, futbolsevərlər mundialın növbəti oyun günündə B və D qruplarında baş tutacaq maraqlı mübarizələrə şahid olublar.
Turnirin mərkəzi qarşılaşmalarından birində, D qrupunda yer alan ev sahiblərindən ABŞ komandası Cənubi Amerika təmsilçisi Paraqvayla gücünü sınayıb. Meydan sahibləri 4:1 hesabı ilə qələbə qazanıb.
B qrupunda isə Asiya qitəsinin güclü komandalarından olan Qətər və Avropa təmsilçisi İsveçrə yığması üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.
DÇ-2026
I tur
13 iyun
B qrupu
Qətər - İsveçrə - 1:1
Qollar: Bualem Xuhi, 90+5 // Bril Embolo, 17 (pen)
Qətər (Taktiki düzülüş: 4-3-3): 1. Mahmud Abunada, 2. Pedro Migel, 16. Bualem Xuhi, 13. Əyyub Əl-Uvi, 14. Homam Əhməd, 4. İssa Laye, 20. Əhməd Fathi, 5. Cassem Qaber Abdulsallam, 15. Yusif Əbdülrazzaq, 11. Əkrəm Afif, 8. Edmilson Junior.
Ehtiyat oyunçular: 21. Salah Zakariya, 22. Meşal Barşam, 3. Lukas Mendes, 18. Sultan Əl-Breyk, 25. Əl-Həşmi Əl-Hüseyn, 6. Əbdüləziz Hatem, 12. Kərim Budiaf, 17. Əhməd Əl-Qanehi, 23. Assim Madibo, 7. Əhməd Əlaəldin, 9. Məhəmməd Muntari, 10. Həsən Əl-Heydos, 19. Almoez Əli, 24. Tahsin Cəmşid, 26. Məhəmməd Manai.
Baş məşqçi: Xulen Lopetegi
İsveçrə (Taktiki düzülüş: 4-2-3-1): 1. Qreqor Kobel, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 13. Rikardo Rodriqes, 10. Qranit Caka, 8. Remo Froyler, 17. Ruben Varqas, 9. Yohan Manzambi, 11. Dan Ndoe, 7. Bril Embolo.
Ehtiyat oyunçular: 12. Ivon Mvoqo, 21. Marvin Keller, 2. Miro Muheym, 18. Eray Cömert, 24. Aurel Amenda, 25. Luka Jakiz, 6. Denis Zakariya, 14. Ardon Jaşari, 15. Cibril Sou, 22. Fabian Rider, 16. Kristian Fasnaxt, 19. Noa Okafor, 23. Zeki Amduni, 26. Sedrik Itten.
Baş məşqçi: Murat Yakın
D qrupu
ABŞ – Paraqvay - 4:1
Qollar: Damian, Bobadilla, 7 (aq), Folarin Balogun, 31, 45+5, Reyna, 90+8 // Maurisio, 73
ABŞ (Taktiki düzülüş: 4-2-3-1): 24. Mett Friz, 16. Aleks Friman, 3. Kris Riçards, 13. Tim Rim, 5. Antoni Robinson, 8. Ueston Makkenni, 4. Tayler Adams, 2. Sercinyo Dest, 17. Malik Tilman, 10. Kristian Pulişiç, 20. Folarin Balogun.
Ehtiyat oyunçular: 1. Mett Terner, 25. Kris Breydi, 6. Oston Trasti, 12. Maylz Robinson, 18. Maks Arfsten, 22. Mark Makkenzi, 23. Co Skalli, 7. Covanni Reyna, 14. Sebastian Berhalter, 15. Kristian Roldan, 9. Rikardo Pepi, 11. Brenden Aaronson, 19. Hacı Rayt, 21. Timoti Vea, 26. Aleks Zendehas.
Baş məşqçi: Maurisio Poçettino
Paraqvay (Taktiki düzülüş: 4-4-2): 1. Orlando Gill, 4. Xuan Xose Kaseres, 15. Qustavo Qomes, 3. Omar Alderete, 6. Xunior Alonso, 14. Andres Kubas, 8. Diyeqo Qomes, 16. Damian Bobadilla, 10. Migel Almiron, 9. Antonio Sanabriya, 19. Xulio Ensiso.
Ehtiyat oyunçular: 12. Qatito Fernandes, 2. Nestor Ximenes, 5. Fabian Balbuena, 13. Aleksis Kantero, 22. İvan Ramires, 7. Matias Roxas, 11. Kaku, 17. Fabrisio Peralta, 20. Riçard Sançes, 23. Matias Vilyasanti, 15. Aleks Arse, 18. Adam Bareyro, 21. Ramon Sosa, 24. Derlis Qonsales.
Baş məşqçi: Gustavo Alfaro













