Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti oyununu keçirib.

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti oyununu keçirib.

Matc.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Rumıniya seçməsi ilə qarşılaşıb.

Görüş rəqibin tam üstünlüyü və 3:0 (25:23, 25:12, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunur. Azərbaycan millisi turnirdəki növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest