Joze Mourinyo rəsmən "Real"ın baş məşqçisi təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Kral klubu"nun mətbuat xidməti paylaşıb.

Florentino Peresin sədrliyi ilə keçirilən idarə heyətinin iclasında portuqaliyalı mütəxəssislə 30 iyun 2029-cu ilə qədər qüvvədə olacaq 3 illik müqavilə imzalanması barədə qərar qəbul edilib.

Klubun rəsmi bəyanatında qeyd olunub ki, təcrübəli baş məşqçi iyulun 13-də, yəni komandanın mövsümöncəsi hazırlıqlara başladığı ilk gündə komandaya qoşulacaq.

Xatırladaq ki, 63 yaşlı Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də Madrid təmsilçisini çalışdırıb. O, həmin dövrdə "Real" ilə İspaniya La Liqasını, Kral Kubokunu və İspaniya Superkubokunu qazanmağa müvəffəq olub

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest