​Braziliya milli komandası DÇ-2026-da iştirak etmək üçün ABŞ-yə gəldikdən sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə qarşılaşıb.

Matc.az Braziliya mediasına istinadən xəbər verir ki, komandanın bütün nümayəndələri Nyu-Cersi ştatında təyyarədən enən kimi ciddi şəkildə yoxlanılıblar.

Yoxlamadan futbolçular, məşqçilər heyəti, texniki işçilər və nümayəndə heyətinin rəhbərləri keçib. Prosedur zamanı şəxsi əşyalar və ayaqqabılar yoxlanılıb, həmçinin metal detektorlardan istifadə olunub.

Nəzarətin əsas xüsusiyyəti onun birbaşa hava limanının uçuş-enmə zolağında təşkil edilməsi olub. Bu format terminal daxilindəki əlavə prosedurlardan qaçmağa və komandanın hərəkətini sürətləndirməyə imkan verib.

Daha əvvəl analoji təhlükəsizlik tədbirləri dünya çempionatında iştirak etmək üçün ABŞ-yə gələn Özbəkistan millisinin nümayəndə heyətinə qarşı da tətbiq edilib.

Xatırladaq ki, dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək. Braziliya millisi qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest