11 İyun 2026, 13:36
FUTBOL
"Real"ın futbolçusu Franko Mastantuono karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
"Yuventus" argentinalı vingeri icarəyə götürmək istəyir. Madrid təmsilçisi daha çox oyun vaxtı qazanması üçün 18 yaşlı futbolçunu icarəyə göndərməyə hazırdır.
Qeyd edək ki, Franko Mastantuonu ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 35 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.













