"Kəpəz"də böyük geridönüşə start verilir. Kluba AFFA tərəfindən yeni rəhbərliyin təyin edilməsi hazırkı başbilənlərin mövqeyinə təsirsiz ötüşməyəcək. İdarə Heyətinin üzvü Fərman Əlizadə və onun yaxın çevrəsinə daxil olmaqla önəmli postlarda məqam tutan adamları işini itirəcək. İcraçı direktor Ruslan Məmmədov və digərləri artıq mümkün gedişə uyğun olaraq kabinetlərində şəxsi əşyaları üçün yır-yığışa başlayıblar....

Matc.az saytının əldə etdiyi eksklüziv məlumata görə, "sarı-göylər"in rəhbərliyindəki əsas vəzifələrdən birinə yeni sima gətirilir. Bu struktur dəyişikliyinin ardınca klubun idarəçiliyi baş məşqçi postunu təcrübəli mütəxəssis Arif Əsədova həvalə etməyi planlaşdırır.

Azərbaycan millisinin sabiq məşqçisi ilə aparılan danışıqların detalları və müqavilənin şərtləri hələlik tam açıqlanmasa da, yeni rəhbərliyin və baş məşqçi təyinatının sabah ictimaiyyətə rəsmən elan olunacağı gözlənilir.

Xatırladaq ki, “Kəpəz” ötən mövsümün başa çatması ilə baş məşqçi Azər Bağırovla yollarını ayırıb və hazırda komandada rəhbər dəyişikliyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest