10 İyun 2026, 18:01
FUTBOL
"Arsenal"ın futbolçusu Leandro Trossar karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "A Spor" televiziyası məlumat yayıb.
"Beşiktaş" belçikalı vingeri transfer etmək istəyir. İstanbul nəhənginin prezidenti Serdal Adalı İngiltərə klubu ilə 1 illik müqaviləsi qalan 31 yaşlı futbolçu ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Belçika millisinin üzvü olan Leandro Torssar ötən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə keçirdiyi 50 oyunda 8 qol vurub, 11 qol ötürməsi edib.







_1781108547.jpg)





