"Şalke" qapıçı Loris Kariusla bağlı qərar verib.

Matc.az xəbər verir ki, Bundesliqaya yüksələn klub Almaniyalı qolkperin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı "əlcək sahibi" ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Loris Karius 2025-ci ilin yanvarından "Şalke"də çıxış edir. O, ötən mövsüm II Bundesliqada keçirdiyi 30 oyunda 24 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest