10 İyun 2026, 14:30
FUTBOL
"Barselona" ötən mövsüm "Mançester Yunayted"də icarəyə götürdüyü Markus Reşfordla bağlı qərar verib.
Matc.az xəbər verir ki, İspaaniya çempionu ingiltərəli vingerin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Reşford müqavilə ilə məxsus olduğu kluba qayıdacaq. Onun növbəti mövsümdə "Mançester Yunayted"də qalacağı və ya başqa kluba keçəcəyi dünya çempionatından sonra bilinəcək.
Qeyd edək ki, Markus Reşford "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 14 qol vurub, 14 qol ötürməsi edib.

_1781108547.jpg)











