10 İyun 2026, 13:33
FUTBOL
"Tottenhem" yarımmüdafiəçi İv Bissuma ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mali millisinin üzvünün klubla başa çatan müqaviləsinin müddəti artırılmayıb.
Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ilin yayında "Brayton"dan transfer etmişdi. 29 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsüm komandanın heyətində 11 oyunda meydana çıxıb.













