"Barselona" bir çox klubun transfer siyahısında yeer alan Jül Kunde ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, İspaniya çempionu fransalı müdafiəçi üçün gələn təklifləri nəzərdən keçirə bilər. Bu barədə "El Nacional" məlumat yayıb.

"Barselona" 27 yaşlı futbolçunun qiymətini müəyyələşdirib. Kataloniya təmsilçisi təcrübəli sağ cinah müdafiəçisini 80 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Jül Kunde ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 47 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest