Niderland millisinin keçmiş əfsanəvi hücumçusu Robin van Persi Rotterdamın "Feyenoord" komandasının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Matc.az xəbər verir ki, bu barədə ölkənin nüfuzlu "Voetbal International" nəşri məlumat yayıb.
Gənc mütəxəssis komandanın sükanı arxasına 2025-ci ilin fevral ayında keçmişdi və onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Lakin klubun baş direktoru Robert Eynhorn və texniki direktor Devi Riqaud nümayiş olunan nəticələrdən narazı qalaraq van Persi ilə yollarını ayırmaq qərarına gəliblər.
Rəhbərliyin bu addımı atmasına "Feyenoord"un ötən mövsüm Niderland çempionluğunu qazana bilməməsi, eləcə də çalışdırıcının komandanın aparıcı yarımmüdafiəçisi Kvinten Timberlə yaşadığı ciddi münaqişə səbəb olub.
Bundan əlavə, onun istəyi ilə fevral ayında heyətə qatılan ulduz hücumçu Rahim Sterlinqin transferi də böyük suallar doğurub. İngilis futbolçu komandada keçirdiyi müddətdə rəqib qapılarına bir qol belə vura bilməyib.













