"Aston Villa" PSJ-nin qapıçısı Lyuk Şevalyenin transferində maraqlı olduğunu bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "PSG Report" portalı paylaşıb.
Bildirilir ki, Şevalye İngiltərə klubundan ayrılmaq niyyətində olan dünya çempionu Emiliano Martinesi əvəz edə bilər.
PSJ-dəki ilk mövsümündə Lyuk əsas qapıçı statusunu qazana bilməyib və bu mövqeyi daha çox Rusiya millisinin üzvü Matvey Safonov tutub. Bundan əlavə, fransalı qapıçı mövsümün sonunda zədə problemi ilə də üzləşib.
Ötən mövsüm parislilərin heyətində ümumilikdə 26 rəsmi oyuna çıxan Şevalye 28 qol buraxıb, 10 matçda isə qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, 24 yaşlı qolkiper 2025-ci ilin yayında "Lill"dən Paris klubuna transfer olunub. Onun Fransa təmsilçisi ilə 2030-cu ilin iyununa qədər qüvvədə olan müqaviləsi var. "Transfermarkt" portalında gənc qapıçının hazırkı dəyəri 25 milyon avro təşkil edir.













