"Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir".
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Eyubov Türkiyənin İsparta şəhərində Bəhreynə qarşı keçirilən və 3:0 hesablı qələbə ilə başa çatan yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib:
"Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir. Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir".
Xatırladaq ki, toplanış çərçivəsində daha bir yoldaşlıq matçı nəzərdə tutulub. U-21 millimiz iyunun 9-da Qırğızıstan komandası ilə qarşı-qarşıya gələcək.





.jpg_1780781384.jpg)







