Məşhur niderlandlı mütəxəssis Mark van Bommel İtaliyanın "Sampdoriya" klubunun yeni baş məşqçisi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Şira paylaşıb.
Bildirilir ki, genuyalıların baş məşqçi postu üçün namizədlər siyahısında Van Bommel ilə yanaşı Xulio Velaskes də daxil olmaqla bir neçə mütəxəssis yer alıb. Siyahıdakı digər namizəd Velaskes geridə qalan 2025/26 mövsümündə Sofiya "Levski"ni Bolqarıstan çempionluğuna daşıyaraq "Ludoqorets"in ölkədəki 14 illik hegemonluğuna son qoyması ilə diqqət çəkib.
49 yaşlı Mark van Bommel 2024-cü ildə Belçikanın "Antverpen" klubundan ayrıldıqdan sonra heç bir komandanı çalıştırmır. Təcrübəli baş məşqçi ötən il Şotlandiyanın "Reyncers" klubunun da sükanı arkasına keçməyə əsas namizədlərdən biri idi.
Qeyd edək ki, "Sampdoriya" ötən mövsüm İtaliya B Seriyasını 13-cü pillədə başa vurub. Komanda mövsümün sonunu klubun keçmiş ulduz futbolçusu Attilio Lombardonun rəhbərliyi altında tamamlamışdı.













