Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti oyununa çıxacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti oyununa çıxacaq.

Matc.az xəbər verir ki, baş məşqçi Ratomir Deliçin rəhbərlik etdiyi kollektiv turnirin 1/4 final mərhələsi çərçivəsində Almaniya seçməsi ilə qüvvəsini sınayacaq.

Təmsilçimizin yarımfinal uğrunda mübarizəsi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, basketbolçularımız ötən gün pley-in mərhələsində Litva yığmasını 14:12 hesabı ilə məğlub edərək adını dörddəbir finala yazdırmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest