Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti rəsmi məlumat yayıb.

Malta ilə yoldaşlıq görüşündə rəqibin ikinci qolundan sonra meydanda bir-biri ilə gərginlik yaşayan və baş məşqçi Ayxan Abbasovun sərt tədbirlər görəcəyini bildirdiyi Anton Krivotsyuk və Abdulla Xaybulayev əsas heyətdən kənarlaşdırılıblar.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest