"Liverpul" rəhbərliyi İbrahima Konateni əvəzləmək üçün "Börnli"nin mərkəz müdafiəçisi Maksim Estevin namizədliyini nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "TEAMtalk" portalı yayıb.

Bildirilir ki, "qırmızılar" 24 yaşlı futbolçunun transferi üçün hələlik rəsmi və konkret addım atmayıb. Aşağı liqaya düşən "Börnli" isə fransalı müdafiəçini heyətdə saxlamağın çətin olacağını qəbul edir.

"Liverpul"un bu transferdə ciddi rəqibləri var. Belə ki, "Çelsi" və "Kristal Pelas" da oyunçunu yaxından izləyir.

Ötən mövsüm bütün turnirlərdə ümumilikdə 36 matçda meydana çıxan Esteve qol vura bilməyib. Klubla 2030-cu ilin yayına qədər uzunmüddətli müqaviləsi olan gənc müdafiəçinin "Transfermarkt" portalındakı dəyəri 28 milyon avro təşkil edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest