06 İyun 2026, 10:38
FUTBOL
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxır.
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxır.
Matc.az xəbər verir ki, baş məşqçi Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv Bəhreyn yığması ilə qüvvəsini sınayacaq.
Komandaların hazırlıq matçı saat 18:00-da başlayacaq.
Xatırladaq ki, toplanış çərçivəsində daha bir oyun planlaşdırılıb. U-21 millimiz iyunun 9-da Qırğızıstan komandası ilə qarşı-qarşıya gələcək.













