"Real"ın sağ cinah hücumçusu Brahim Dias İtaliya nəhənglərinin diqqət mərkəzinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Şira paylaşıb.
Mərakeşli ulduz futbolçu ilə İtaliya A Seriyasının iddialı klubları "Roma" və "Yuventus" yaxından maraqlanır.
"Kral klubu"nda əsas heyət oyunçusu olmamasına baxmayaraq, Dias karyerasını Madriddə davam etdirmək niyyətindədir. 26 yaşlı vinger rəqabətdən çəkinmir və İspaniya nəhəngində qalmağa isti yanaşır.
"Mançester Siti"dən 2019-cu ilin yanvarında transfer edilən Brahim Diasın Madrid təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Karyerası ərzində bir müddət "Milan"da da icarədə çıxış edən hücumçu, "Real"ın forması ilə ümumilikdə 163 rəsmi matçda meydana daxil olaraq 22 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb. Bu, onun karyerası ərzində tək bir klubda keçirdiyi ən yüksək oyun sayıdır. Geridə qalan 2025/26 mövsümündə isə o, şans qazandığı 42 qarşılaşmada 2 qol vurmağı və 9 qolun ötürməsini verməyi bacarıb.













