Almaniya millisi və "Bavariya"nın yarımmüdafiəçisi Lenart Karlın turniri qaçırmaq təhlükəsi yaranıb.

Matc.az xəbər verir ki, gənc futbolçu yığmanın bugünkü məşqi zamanı zədələnib.

Hadisə ilə bağlı açıqlama verən Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman vəziyyətin ciddi olduğunu bildirib:

"Lenart Karl bugünkü məşq zamanı zədə alıb. Zədə yaxşı görünmür. O, əlavə müayinə üçün xəstəxanaya aparılıb. Diaqnozu gözləməli və onun dünya çempionatına gedə biləcəyini, yoxsa əvəzedici tapmalı olduğumuzu öyrənməliyik".

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-da Almaniya yığması E qrupunda Kürasao, Fil Dişi Sahili və Ekvadorla mübarizə aparacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest