Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Kubokunda tarix yazaraq 1/4 finala yüksəlib. Polşanın paytaxtı Varşavada keçirilən yarışda millimiz əzmkar qələbə qazanıb.

Matc.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva seçməsi ilə üz-üzə gəlib.

Gərgin keçən və əlavə vaxta gedən qarşılaşmada Azərbaycan komandası rəqibini 14:12 hesabı ilə məğlub edərək adını ən güclü 8 komanda sırasına yazdırıb.

Yığmamız sabah yarımfinala vəsiqə uğrunda Almaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi uğurlu çıxışı ilə diqqət çəkib. Basketbolçularımız qrup mərhələsində Madaqaskar (21:13), Çexiya (14:11) və meydan sahibi Polşanı (20:13) məğlub edib, yalnız Niderlanda uduzublar (13:19).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest