Təcrübəli mütəxəssis mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək klub tarixində xüsusi yeri olan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdama səfər edib. Təcrübəli mütəxəssis mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək klub tarixində xüsusi yeri olan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib.

Matc.az xəbər verir ki, Qurban Qurbanov ziyarət zamanı qəhrəmanın əziz xatirəsini ehtiramla yad edib.

Baş məşqçi "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən topu və klubu təmsil edən şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.

Xatırladaq ki, Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, "Qarabağ" Futbol Klubunun fəaliyyət göstərdiyi ən çətin dövrlərdə komandaya rəhbərlik edib, Ağdam futbolunun yaşadılması üçün mühüm xidmətlər göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest