"Real" "Bavariya"da çıxış edən Maykl Oliseni transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Kral klubu"nun prezidenti Florentino Peresin yay transfer pəncərəsi üçün əsas hədəfi fransalı vingerdir. O, 24 yaşlı futbolçu üçün Almaniya klubuna 150 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Maykl Olise başa çatan mövsümdə "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 52 oyunda 22 qol vurub, 31 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest