"Atletiko"nun hücumçusu Aleksandr Sörlot karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

"Yuventus" norveçli forvardın xidmətində maraqlıdır. Turin təmsilçisinin baş məşqçisi Luçano Spaletti Sörlotu komandasında görmək istəyir. La Liqa klubu 30 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir. 

Qeyd edək ki, Aleksandr Sörlot başa çatan mövsümdə "Atletiko"nun heyətində bütün turnirlərdə keçirdiyi 54 oyunda 20 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest