"Real"ın yarımmüdafiəçisi Orelyen Çuameni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

"Mançester Yunayted" Fransa milli komandasının üzvünü transfer etmək istəyir. "Qırmızı şeytanlar" 26 yaşlı dayaq yarımmüdafiəçisi üçün İspaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Orelyen Çuameni başa çatan mövsümdə "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 49 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest