FIFA DÇ-2026-da tətbiq olunacaq matçöncəsi mərasimlərin yenilənmiş formatını təqdim edib.
Matc.az xəbər verir ki, futbolçular və hakimlər mərkəzi tribunanın önündəki ənənəvi düzülüş əvəzinə mərkəzi dairənin ətrafına toplaşacaqlar. Himnlər səsləndirilən zaman meydançanın hər iki hissəsində matçda iştirak edən yığma komandaların böyük bayraqları açılacaq.
Oyunun iştirak ərizəsinə daxil edilən bütün futbolçuların bu mərasimdə iştirakı yeni formatın əsas xüsusiyyəti olacaq. Belə ki, mərkəzi dairənin yaxınlığında təkcə start heyətinin oyunçuları deyil, həm də bütün ehtiyat qüvvə yer alacaq.
FIFA-dan bildirilib ki, bu yeniliyin məqsədi mərasimi daha baxımlı etmək və stadionun bütün sektorlarındakı azarkeşlər üçün əlçatanlığı təmin etməkdir. İştirakçıların meydanın mərkəzində yerləşməsi sayəsində matçöncəsi şou arenadakı oturacaq yerindən asılı olmayaraq aydın görünəcək.



_1780669569.jpg)









