"Atletiko" "Yuventus"dan icarəyə götürdüyü Niko Qonsalesin transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

La Liqa nəhəngi argentinalı vingerlə 4 illik müqavilə imzalayacaq. 28 yaşlı futbolçunun illik maaşı 4 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Atletiko" Niko Qonsalesi mövsümün əvvəlində icarəyə götürüb. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində keçirdiyi 39 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest