05 İyun 2026, 13:33
FUTBOL
"Norşellann"ın yarımmüdafiəçisi Kaleb Yirenki karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Africafoot" məlumat yayıb.
"Real" qanalı futbolçunu transfer etmək istəyir. Madrid nəhəngi artıq gənc futbolçu üçün ilkin təmaslara başlayıb. Danimarka klubu 20 yaşlı oyunçu üçün 30 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Kaleb Yirenki başa çatan mövsümdə "Norşellann"ın heyətində keçirdiyi 34 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib. "Transfermarkt" portalında yarımmüdafiəçinin dəyəri 10 milyon avro gəstərilib.

_1780669569.jpg)











