"Barselona"nın futbolçusu Runi Bardaqji karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Lids Yunayted" isveçli vingeri transfer etmək istəyir. Premyer Liqa təmsilçisi İspaniya klubunda əsas heyətə düşə bilməyən Bardaqjini icarəyə götürməyi planlaşdırır. "Lids Yunayted" 20 yaşlı oyunçu üçün yaxın vaxtlarda La Liqa nəhəngi milə danışıqlara başlayacaq.

Qeyd edək ki, Runi Bardaqji başa çatan mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 28 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest