05 İyun 2026, 12:35
FUTBOL
PSV-nin müdafiəçisi Serjinyo Dest karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Eindhovens Dagblad" məlumat yayıb.
"Bavariya" ABŞ millisinin üzvünü transfer etmək istəyir. Almaniya çempionu Desy üçün Niderland klubuna 25 milyon avro ödəməyə hazırdır. Sabiq klubu "Barselona" 25 yaşlı sağ cinah müdafiəçisinin satışından 10 faiz pay əldə edəcək.
Qeyd edək ki, Serjinyo Dest başa çatan mövsümdə PSV-nin heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 2 qol vurub, 8 qol ötürməsi edib.











_1780655917.jpg)

