05 İyun 2026, 11:12
FUTBOL
"Trabzonspor" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Super Liqa nəhəngi "Benfika"dan Sidni Lopes Kabralı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Trabzonspor" Kabo-Verde millisinin üzvü üçün Portuqaliya klubuna 7 milyon avro təzminat ödəyib. 23 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sidni Lopes Kabral başa çatan mövsümdə "Benfika"nın heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.








_1780655917.jpg)




