04 İyun 2026, 15:14
FUTBOL
"Yuventus" müqaviləsi başa çatan Duşan Vlahoviçə əvəzləyici axtarır.
Matc.az xəbər verir ki, A Seriyası nəhəngi "Atletiko"da çıxış edən Aleksandr Sörlotu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Turin təmsilçisi norveçli hücumçu üçün İspaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, 30 yaşlı Sörlot başa çatan mövsümdə "Atletiko"nun heyətində bütün turnirlərdə keçirdiyi 54 oyunda 20 qol vurub, 1 qol ötürməsi edib.












