Slovakiyanın paytaxtı Bratislavada keçirilən minifutbol üzrə Avropa çempionatında bu gün final matçı baş tutacaq.

Matc.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan milli komandası turnirin həlledici qarşılaşmasında Ukrayna yığması ilə üz-üzə gələcək.

"Tipos Arena"da oynanılacaq bu mötəbər və tarixi final matçı Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Xatırladaq ki, çempionat boyu möhtəşəm oyun nümayiş etdirən Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək maksimum nəticə göstərib.

Pley-off mərhələlərində də uğurlu seriyanı davam etdirən komandamız 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), gərgin keçən yarımfinalda isə Serbiyanı (1:1, penaltilər seriyasında 3:1) üstələyərək finala vəsiqə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest