03 İyun 2026, 10:50
FUTBOL
"Napoli" "Leyptsiq"dən icarəyə götürdüyü Elif Elmasla bağlı qərar verib.
Matc.az xəbər verir ki, İtaliya klubu şimali makedoniyalı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Napoli" Elmas üçün 16 milyon avroluq satınalma bəndini işə salmayacaq. 26 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Almaniya klubuna qayıdacaq.
Qeyd edək ki, "Napoli" Elif Elması 2025-ci ilin yayında icarəyə götürüb. Oyunçu Neapol təmsilçisinin heyətində keçirdiyi 44 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.













