Nüfuzlu "Transfermarkt" portalı MLS oyunçularının bazar dəyərindən ibarət yenilənmiş reytinq siyahısını dərc edib.

Matc.az xəbər verir ki, "İnter Mayami" klubunun və Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi 15 milyon avro bazar dəyəri ilə liqanın ən bahalı ilk 5 futbolçusu sırasında qərarlaşıb.

Yenilənmiş siyahıya əsasən, MLS-in ən yüksək bazar dəyərinə malik oyunçuları hazırda hər birinin qiyməti 16 milyon avro olan "Toronto"nun hücumçusu Coş Sarcent və "Sinsinnati"nin braziliyalı yarımmüdafiəçisi Evanderdir. Lionel Messi ilə yanaşı, "San Dieqo"nun üzvü Anders Dreyer və "Los Anceles"də çıxış edən cənubi koreyalı ulduz Son Hınq Min də 15 milyon avro dəyərlə ilk "beşliy"i tamamlayan digər adlar olublar.

Xatırladaq ki, dünya çempionu Lionel Messi 2023-cü ildən bəri "İnter Mayami"nin uğurları üçün çalışır. Klubla müqavilə müddətini 2028-cı ilin sonuna qədər uzadan 38 yaşlı hücumçu, cari mövsümdə komandası ilə çıxdığı bütün rəsmi yarışlarda 16 oyunda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalaraq yüksək formasını qoruduğunu nümayiş etdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest