Madridin "Real" klubu İtaliya "İnter"inin sağ cinah müdafiəçisi Denzel Damfrisin transferi üzrə rəsmi razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder-jurnalist Nikolo Şira paylaşıb.

Bildirilir ki, İspaniya nəhəngi niderlandlı futbolçu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli şəxsi müqavilə şərtlərini tam şəkildə razılaşdırıb.

Bu transfer prosesinin uğurla nəticələnməsində "Real"ın baş məşqçi postuna təyin olunmağa çox yaxın olan portuqalıyalı mütəxəssis Joze Mourinyo həlledici rol oynayıb. Danışıqlarda fəal iştirak edən təcrübəli strateq, Damfrisi öz gələcək taktiki planlarına ideal uyğun gələn oyunçu və "yeni Maykon" kimi gördüyünü bildirib.

Xatırladaq ki, Mourinyo 2008-2010-cu illərdə məhz "İnter"də çalışarkən braziliyalı əfsanəvi sağ müdafiəçi Maykonla birlikdə tarixi uğuruna imza atmışdı.

Arxada qalan mövsümdə "İnter" forması ilə bütün turnirlərdə 28 rəsmi matça çıxan Damfris, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Milan klubu ilə 2028-ci ilə qədər müqaviləsi olan 30 yaşlı oyunçunun "Transfermarkt" portalındakı cari dəyəri 25 milyon avro qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest