Madrid "Atletiko"su ulduz hücumçusu Xulian Alvaresi yay "transfer pəncərəsi"ndə heç bir kluba satmaq niyyətində deyil.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur "El Desmarque" nəşri məlumat yaylb.

Bildirilir ki, "matrasçılar" argentinalı forvardı komandada saxlamaq üçün bütün imkanlarını səfərbər edib. Lakin 26 yaşlı dünya çempionu müqavilə şərtlərini yerinə yetirməkdən qəti şəkildə imtina edərsə, Madrid klubu onun satış variantını dəyərləndirməli olacaq.

Belə bir ssenari baş verəcəyi təqdirdə, "Atletiko" rəhbərliyi Alvaresi rəqibi "Barselona"ya satmağın qətiyyətlə əleyhinədir. Madrid təmsilçisi oyunçunu Kataloniya klubuna buraxmaqdansa, Fransa nəhəngi PSJ-yə satmağa üstünlük verir. Buna əsas səbəb kimi Paris klubu ilə "Atletiko" rəhbərliyi arasında mövcud olan çox yaxşı münasibətlər göstərilir.

Fransa çempionu bu transfer üçün ağlasığmaz məbləğdən keçməyə hazırdır. "Matrasçılar" artıq PSJ-nin Alvares üçün nağd 175 milyon avro ödəməyə hazır olduğu barədə rəsmi şəkildə məlumatlandırılıb. Digər tərəfdən, maliyyə çətinlikləri yaşayan "Barselona" isə argentinalı futbolçunun şəxsən Kataloniya klubunun heyətində oynamaq istəyindən və rəğbətindən yararlanaraq transferi daha ucuz qiymətə bitirməyə çalışır.

Qeyd edək ki, ötəni mövsümdə "Atletiko" forması ilə ümumilikdə 45 rəsmi matça çıxan Alvares, 20 qol və 10 məhsuldar ötürmə (La Liqada 29 oyunda 8 qol, 4 assist; Çempionlar Liqasında 15 oyunda 10 qol, 5 assist; Kral Kubokunda 2 qol, 1 assist) ilə komandasının hücum xəttində aparıcı qüvvə olduğunu sübut edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest