"Sabah" Futbol Akademiyası futbolçu seçmələrini davam etdirir.

Matc.az xəbər verir ki, paytxat klubunun akademiyasının növbəti seçmələri Bakıda olacaq.

"Azərlotereya"nın dəstəyi ilə keçiriləcək seçmələr iyunun 6-da 2015-2019, iyunun 7-də isə 2010-2014-cü il təvəllüdlü uşaqlar arasında baş tutacaq.

İyunun 6-da keçiriləcək seçmələr saat 10:00-da, iyunun 7-dəki seleksiya isə saat 14:00-da başlayacaq. Seçmələr Bakıda, "Vətən" İdman Liseyninin futbol meydançasında keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest