İngiltərənin "Mançester Siti" klubu 2026-cı il dünya çempionatına ən çox oyunçusu çağırılan komanda kimi turnirin tarixinə düşüb.

Matc.az xəbər verir ki, Şimali Amerikada keçiriləcək dünya kubokunda "şəhərlilər"in heyətindən ümumilikdə 19 futbolçu iştirak edəcək.

Bu oyunçular turnirdə 12 fərqli milli komandanın şərəfini qoruyacaqlar.

Dünya çempionatına ən çox oyunçu göndərən klubların ilk "beşliy"ində İngiltərə, Almaniya, Fransa və İspaniya nəhəngləri qərarlaşıb:

1. "Mançester Siti" – 19 oyunçu (12 milli komanda)

2. "Bavariya" – 18 oyunçu (10 milli komanda)

3. "Arsenal" – 16 oyunçu (10 milli komanda)

4. PSJ – 16 oyunçu (9 milli komanda)

5. "Barselona" – 15 oyunçu (8 milli komanda)

Turnirin əsas favoritlərinin üzvlərindən təşkil olunan İspaniya nəhəngi "Real" isə bu siyahıda gözləniləndən daha geridə qalıb. Madrid təmsilçisi 9 fərqli milli komandaya cəmi 10 futbolçu göndərərək klublararası reytinqdə 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, DÇ-2026 turniri 11 iyun - 19 iyul tarixlərində üç ölkədə – ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Bu, dünya çempionatları tarixində üç ölkənin birgə ev sahibliyi etdiyi ilk turnirdir. Çempionatda ilk dəfə olaraq genişləndirilmiş tərkibdə 48 komanda iştirak edəcək və ümumilikdə 104 qarşılaşma keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest