Siyahıya son olaraq Albaniyanın “Elbasani” klubunun da əlavə edilməsi ilə paytaxt təmsilçisinin mümkün rəqiblərinin sayı 26-ya çatıb.
UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində Azərbaycanı təmsil edəcək "Neftçi"nin bütün potensial rəqibləri müəyyənləşib.
Matc.az xəbər verir ki, siyahıya son olaraq Albaniyanın “Elbasani” klubunun da əlavə edilməsi ilə paytaxt təmsilçisinin mümkün rəqiblərinin sayı 26-ya çatıb.
Püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq "Neftçi"nin birinci mərhələdə qarşılaşa biləcəyi komandaların tam siyahısı belədir:
“Velej Mostar” (Bosniya və Herseqovina)
“Virtus” (San Marino)
“Liepaya” (Latviya)
“İlveş” (Finlandiya)
“Santa Koloma” (Andorra)
“Konnah” (Uels)
“Bohemians” (İrlandiya)
“Qlentoran” (Şimali İrlandiya)
“Styarnan” (İslandiya)
“Europa” (Cəbəllütariq)
“İnter Turku” (Finlandiya)
“Malişeva” (Kosovo)
“Elimai” (Qazaxıstan)
“Dinamo Siti” (Albaniya)
“Strassen” (Lüksemburq)
“Hegelmann” (Litva)
“Penibont” (Uels)
“Runavik” (Farer adaları)
“Sileks” (Şimali Makedoniya)
“Mornar” (Monteneqro)
“Marsaxlokk” (Malta)
“Nomme Kalyu” (Estoniya)
“Elbasani” (Albaniya)
“Karnarfon Taun” (Uels)
“Mondorf-les-Bayns” (Lüksemburq)
“Petrovaç” (Monteneqro)
Qeyd edək ki, UEFA-nın təqviminə əsasən, bu mərhələnin püşkatma mərasimi 16 iyunda baş tutacaq. Komandalar arasındakı ilk oyunlar 9 iyulda, cavab qarşılaşmaları isə 16 iyulda keçiriləcək.













