Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının iyunun 5-də Malta yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü öncəsi təşkil olunacaq mətbuat konfransının və açıq məşqinin vaxtı məlum olub.

Matc.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov saat 19:30-da media nümayəndələrinin qarşısına çıxacaq:

4 iyun

Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: tədbirlərin başlanma saatı Bakı vaxtı ilə göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest