Papa Tiavın rəhbərlik etdiyi komandanın heyətinə 26 futbolçu daxil edilib.
Seneqal Futbol Federasiyası milli komandanın dünya çempionatı üçün heyətini açıqlayıb.
Matc.az xəbər verir ki, Papa Tiavın rəhbərlik etdiyi komandanın heyətinə 26 futbolçu daxil edilib:
Qapıçılar: Eduar Mendi ("Əl-Əhli"), Mori Diav ("Havr"), Yevann Diuf ("Nitsa").
Müdafiəçilər: Xalidu Kulibali ("Əl-Hilal"), Krepen Diatta ("Monako"), Mussa Niakate ("Lion"), İsmayıl Yakobs ("Qalatasaray"), Abdulaye Sek ("Makkabi Hayfa"), El Hacı Malik Diuf ("Vest Hem"), Antuan Mendi ("Nitsa"), Mamadu Sarr ("Çelsi").
Yarımmüdafiəçilər: İdrissa Qeye ("Everton"), Pap Qeye ("Vilyarreal"), Pap Matar Sarr ("Tottenhem"), Pate Siss ("Rayo Valyekano"), Lamin Kamara ("Monako"), Habib Diarra ("Sanderlend"), Bara Sapoko Ndiaye ("Bavariya").
Hücumçular: Sadio Mane ("Əl-Nəsr"), İsmayla Sarr ("Kristal Pelas"), İliman Ndiaye ("Everton"), Nikolas Cekson ("Bavariya"), Bamba Dyen ("Loryan"), Şerif Ndiaye ("Samsunspor"), İbrahim Mbaye (PSJ), Assan Diao ("Komo").
Xatırladaq ki, Seneqal millisi DÇ-2026-nın final mərhələsinin I qrupunda Fransa, Norveç və İraq yığmaları ilə qarşılaşacaq.













