Rodri "Mançester Siti" ilə yeni müqavilə imzalanması barədə danışıqları davam etdirir.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu artıq futbolçuya maaşının artırılmasını nəzərdə tutan yeni sözləşmə təklifi irəli sürüb. ​Bununla belə, oyunçu hələlik təklif olunan şərtləri qəbul etməyə hazır deyil. Rodri "Mançester Siti"dəki gələcəyi ilə bağlı yekun qərar verməzdən əvvəl müqavilənin maliyyə tərəfinin daha əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını gözləyir.

​Yaranmış vəziyyəti "Real" diqqətlə izləyir. Lakin İspaniya klubu hazırda yarımmüdafiəçinin transferi üçün yüksək məbləğ ödəmək niyyətində deyil. Madridlilər ya oyunçu üçün daha münasib bir qiymət variantını, ya da gələcəkdə onun azad agent kimi potensial keçidini nəzərdən keçirirlər.

Xatırladaq ki, 29 yaşlı ispan futbolçunun "şəhərlilər" ilə mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest