01 İyun 2026, 23:33
FUTBOL
"Napoli" Alisson Santosun transfer hüquqlarına yiyələnəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Neapol təmsilçisi braziliyalı vinger üçün 16 milyon avroluq satınalma bəndini işə salacaq. Bundan sonra oyunçu ilə uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, "Napoli" Alisson Santosu fevralda 3,5 milyon avro qarşılığında icarəyə götürüb. 23 yaşlı futbolçu komandanın heyətində keçirdiyi 15 oyunda 4 qol vurub.



_1780352095.jpg)



_1780343937.jpg)





