01 İyun 2026, 14:21
FUTBOL
Karlo Ançelottinin oğlu Davide Ançelotti Fransada çalışacaq.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis "Lill"in baş məşqçisi vəzifəsinə təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Davide Ançelotti son olaraq Braziliya milli komandasında Karlo Ançelottinin köməkçisi vəzifəsində çalışıb.













