"Barselona" "Çelsi"nin müdafiəçisi Mark Kukurelyanı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi İspaniya millisinin üzvü üçün yayda hərəkətə keçməyi planlaşdırır. "Barselona" 27 yaşlı sol cinah müdafiəçisi üçün İngiltərə klubuna 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Mark Kukurelya ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirdə keçirdiyi 50 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest