01 İyun 2026, 11:54
FUTBOL
"Liverpul" İbrahima Konatenin ayrılığından sonra müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Borussiya"da çıxış edən Niko Şlotterbekdir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Liverpul" almaniyalı mərkəz müdafiəçisi üçün hərəkətə keçməyi planlaşdırır. 26 yaşlı mərkəz müdafiəçisinin Almaniya klubu ilə müqaviləsində təxminən 50-60 milyon avroluq sərbəstqalma maddəsi yer alıb.
Qeyd edək ki, Niko Şlotterbek ötən mövsüm Dortmund təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 37 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.













