01 İyun 2026, 11:38
FUTBOL
Fransalı hücumçusu Andre-Pyer Jinyak karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bu barədə oyunçu özü məlumat verib.
Jinyak 40 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Andre-Pyer Jinyak "Loryan", "Pau", "Tuluza" və "Marsel"də oynadıqdan sonra "Tiqres"ə keçib. O, 11 il Meksika təmsilçisinin formasını geyinib. Təcrübəli futbolçu Fransa millisinin heyətində keçirdiyi 36 oyunda 7 qol vurub.













