İngiltərə Premyer Liqasını tərk edən "Vest Hem"in müdafiəçisi Aron Van-Bissaka karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Fənərbaxça" konqolu futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi 28 yaşlı sağ cinah müdafiəşçisi üçün İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Aron Van-Bissaka ötən mövsüm "Vest Hem"in heyətində keçirdiyi 27 oyunda 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest